QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA GEDƏN YOL
KONQRES

21-22 iyun 2024. NAXÇIVAN

Dəyərli elm adamı!

21-22 iyun 2024-cü il tarixlərində üz-üzə keçirəcəyimiz “Qərbi Azərbaycana qayıdışa gedən yol” Konqresində iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını şərqin qapısı – Naxçıvana dəvət edirik. Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konqresimizdə təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konqres kitabında nəşr olunacaqdır. Konqresimizə dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Hörmətlə,
“Qərbi Azərbaycana qayıdışa gedən yol” Konqresinin təşkilat komitəsi,
qacon24@ndu.edu.az
(036) 545 45 97, +994 70 576 25 26, +994 70 871 36 37

Məlumatlar:

- Ödənişsiz iştirak
- Üz-üzə və online təqdimatlar
- Şifahi və poster şəklində təqdimat
- Xülasə və tam məqalə nəşri
- İştirak sertifikatı
- Yerli və beynəlxalq rəyçilər

Mövzular:

- Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar
- Qərbi Azərbaycanın mədəni sərvətləri
- Qərbi Azərbaycanın təbii sərvətləri
- Qərbi Azərbaycanın dil faktları və toponimikası
- Qərbi Azərbaycanda elm və təhsil
- Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri

Mühüm məlumatlar:

service-icon

Konqresin dili

Azərbaycanca – Türkcə – İngiliscə – Rusca

Fotoalbom: "Qərbi Azərbaycana qayıdış"
festival-konqres(23-24 noyabr 2023)